Güləş üzrə Azərbaycan yığmaları qarşıdan gələn beynəlxalq turnirlərə hazırlığı davam etdirirlər
Güləş üzrə ölkə yığma komandaları qarşıdan gələn beynəlxalq turnirlərə və Avropa çempionatına hazırlığı davam etdirirlər.

Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirən böyüklərdən ibarət yunan-Roma və sərbəst güləş üzrə yığma komandaların toplanışı fevralın 20-dək davam edəcək. Sərbəst güləşçilərimizlə birgə təlim-məşq toplanışında Türkmənistan yığma komandasının üzvləri də iştirak edirlər.

Qadın güləşçilərin isə məşqləri Kiyevdəki Konça Zaspa təlim-məşq bazasında təşkil olunub. Ukraynaya yollanan qadın güləşçilərimiz fevralın 22-dək bu ölkənin yığma komandası ilə birgə hazırlığı davam etdirəcəklər.

Sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaların üzvləri təlim-məşq toplanışı başa çatdıqdan sonra fevralın 23-25-də Kiyevdə bu ölkənin görkəmli məşqçi və idmançılarının xatirəsinə həsr olunan 22-ci beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.

Xəbər 982 dəfə oxundu.