Futbol üzrə milli komandamız Bakıda Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək
Futbol üzrə Azərbaycan milli komandasının Bakıda daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.

Millimiz mayın 29-da Bakı Olimpiya Stadionunda Qırğızıstan yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, bu ilin payızında Millətlər Liqasında mübarizə aparacaq yığmamızın hazırlıq çərçivəsində daha üç yoxlama oyunu keçirməsi dəqiqləşib. Komandamız martın 23-də Belarusla Bakıda, dörd gün sonra 27-də Makedoniya ilə Antalyada, iyunun 9-da Latviya ilə səfərdə qarşılaşacaq.

Xəbər 603 dəfə oxundu.