Bu gün UEFA Avropa Liqasının 1/16 final mərhələsinin növbəti oyunları keçiriləcək
Bu gün futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsinin növbəti görüşləri keçiriləcək.

Mərhələnin ilk oyunları çərçivəsində daha 15 görüş baş tutacaq.

Cari mövsümdə “Qarabağ”ın Çempionlar Liqasında rəqibləri olmuş “Kopenhagen” ilə “Atletiko”nun dueli də maraqla gözlənilir.

Günün mərkəzi qarşılaşmasında “Arsenal” səfərdə “Ostersund”un, “Milan” isə “Ludoqorets”in qonağı olacaq. Dortmund “Borussiya”sı öz meydanında “Atalanta” ilə üz-üzə gələcəyi halda, “Lion” klubu “Vilyarreal” ilə münasibətlərə aydınlıq gətirəcək.

Gün ərzində aşağıdakı oyunlar keçiriləcək:

“Astana” (Qazaxıstan) – “Sportinq” (Portuqaliya)

“Borussiya” (Dortmund, Almaniya) – “Atalanta” (İtaliya)

“Ludoqorets” (Bolqarıstan) – “Milan” (İtaliya)

“Marsel” (Fransa) – “Braqa” (Portuqaliya)

“Nitsa” (Fransa) – “Lokomotiv” (Rusiya)

“Ostersund” (İsveç) – “Arsenal” (İngiltərə)

“Real Sosyedad” (İspaniya) – “Zalsburq” (Avstriya)

“Spartak” (Moskva, Rusiya) – “Atletik” (İspaniya)

AEK (Yunanıstan) – “Dinamo” (Ukrayna)

“Seltik” (Şotlandiya) – “Zenit” (Rusiya)

“Kopenhagen” (Danimarka) – “Atletiko” (İspaniya)

“Styaua” (Rumıniya) – “Latsio” (İtaliya)

“Lion” (Fransa) – “Vilyarreal” (İspaniya)

“Napoli” (İtaliya) – “Leypziq” (Almaniya)

“Partizan" (Serbiya) – “Viktoriya” (Çexiya).


Xəbər 597 dəfə oxundu.