Super Liqamızdan 5 voleybolçu ABŞ yığmasına çağrıldı
Qadın voleybolçulardan ibarət ABŞ yığmasının heyəti açıqlanıb. İdman.com.az saytı xəbər verir ki, baş məşqçi MakCutçeon Qran-pri turniri üçün müəyyənləşdirdiyi siyahıya 5 “azərbaycanlı” voleybolçunun da adını daxil edib.

Bunlar Azərbaycan Super Liqasında çıxış edən Hizer Erin Brun, Tamas Ceneffer (hər ikisi - “Azərreyl”), Tayyubu Xaneef-Park (“İqtisadçı”), Nansi Metkalf (“Lokomotiv”) və Kimberli Qlassdır (“Rabitə”).

Maraqlıdır ki, təcrübəli çalışdırıcı yığmaya cəmi 6 ölkədən voleybolçu dəvət edib və bu siyahıda Azərbaycan 2-ci yerdədir. MakCutçeon İtaliya “A” seriyasından isə 6 oyunçuya ehtiyac duyub.

Xəbər 1173 dəfə oxundu.