İtaliya “Pxençan-2018”də ilk qızıl medalını qazanıb
“Pxençan-2018” Qış Olimpiya Oyunlarında 500 metr məsafəyə sürətli xizəksürmə yarışlarında Arianna Fontana İtaliyanın ilk qızıl medalını qazanıb.

“Pxençan-2018” Qış Olimpiya Oyunlarının açılış mərasimində İtaliya bayrağını daşıyan A.Fontana hollandiyalı xizəkçi Yara Van Kerxofu geridə qoyaraq qızıl medala yiyələnib.

Həmçinin kişilər arasında qısa məsafəyə sərbəst xizək yarışlarında italyan Federiko Pelleqrino gümüş medal qazanıb. O, rusiyalı xizəkçi Aleksandr Bolşunovu 200 saniyə qabaqlayaraq gümüş medala sahib çıxıb. Qızıl medalı isə Norveç xizəkçisi Yohannes Hoesflot Klaebo qazanıb.

AZƏRTAC

Xəbər 1455 dəfə oxundu.