Harri Keyn Çempionlar Liqasının ilk 9 oyununda 9 qol vuran ilk futbolçudur
“Tottenhem”in hücumçusu Harri Keyn Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin birinci oyununda “Yuventus”a qarşı keçirilən qarşılaşmada vurduğu qolla (1:2, ikinci hissə) yadda qalıb.

İngiltərəli turnir tarixinə 9 oyunda 9 qol vuran futbolçu kimi adını yazdırıb.

Bu rekord əvvəllər “Latsio” komandasının sabiq forvardı Simone İndzagiyə məxsus idi. Oyunçu ilk 10 matçda rəqib qapısından 9 top keçirib.

Qeyd edək ki, Liqanın ilk doqquz matçında Lionel Messinin hesabında 2 top var. Kriştianu Ronaldo isə hələ ki qapıdan top keçirməyib.

Xəbər 558 dəfə oxundu.