UEFA Çempionlar Liqası: Ronaldu Neymara qarşı
Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində növbəti oyunlar keçiriləcək.

Turnirin son qalibi “Real Madrid” doğma meydanda PSJ-ni qəbul edəcək. Bu komandalar indiyədək beş dəfə qarşılaşıblar. Bu oyunların üçündə İspaniya klubu qələbə qazandığı halda, birində PSJ üstün olub. Bir dəfə isə görüş qolsuz bərabərliklə yekunlaşıb. “Real”–PSJ oyunu erkən final hesab olunan matçlardandır. Həmçinin görüş Ronaldu-Neymar dueli kimi də qiymətləndirilir.

Günün digər görüşündə isə “Liverpul” səfərdə “Porto”nun qonağı olacaq. İndiyədək iki dəfə üz-üzə gələn komandaların görüşünün biri heç-heçə, digər oyun isə ingilislərin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 573 dəfə oxundu.