Sərbəst güləş üzrə Azərbaycan millisinin dünya kubokundakı rəqibləri müəyyənləşib
Aprelin 7-8-də ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları keçiriləcək. Fevralın 14-də Dünya Güləş Birliyinin mənzil qərargahında yarışın püşkatma mərasimi keçirilib.

Yığma komandamız Kuba, Qazaxıstan və Rusiya idmançıları ilə “B” qrupunda mübarizə aparacaq.

ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə “A” qrupunda yarışacaq.

Yığmamız aprelin 7-də Kuba və Qazaxıstan, aprelin 8-də isə Rusiya ilə qrup görüşlərində qarşılaşacaq.

Qeyd edək ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz 3-cü yerdə başa vurublar. Buna qədər isə sərbəst güləş yığmamız iki dəfə - 2004 və 2009-cu illərdə dünya kubokunun sahibi olub.

Xəbər 1066 dəfə oxundu.