Azərbaycan döyüşçüsü GTC Liqasında mübarizə aparacaq
Azərbaycanın və “Qəbələ” idman klubunun döyüşçüsü Hüseyn Əliyev yeni müqavilə imzalayıb.

MMA döyüşlərində iştirak edən idmançımız “Golden Team Championship” (GTC) promouter təşkilatı ilə anlaşıb.

H.Əliyev Rusiya şirkətinin təşkil etdiyi döyüşlərdə iştirak edəcək. Artıq ilk belə döyüşün tarixi də dəqiqləşib. İdmançımız GTC Liqasında ilk sınağına martın 10-da Rusiyanın paytaxtı Moskvada çıxacaq.

Xəbər 853 dəfə oxundu.