UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində ilk oyunlar keçirilib
Futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin oyunlarına start verilib.

Mərhələnin ilk oyun günündə iki qarşılaşma keçirilib. Günün mərkəzi görüşündə İtaliya təmsilçisi “Yuventus” doğma meydanda İngiltərənin “Tottenhem” klubunu qəbul edib. İlk hissənin əvvəlindən üstünlüyü ələ alan "Yuventus" klubu matçın ikinci dəqiqəsində Gonzalo Higuainin qolu ilə hesabı açıb. Görüşün doqquzuncu dəqiqəsində “Tottenhem”in qapısına 11 metrlik cərimə zərbəsi təyin edilib. Birinci qolun müəllifi G.Higuain əlverişli fürsəti qaçırmayıb -2:0.

Oyunun 35-ci dəqiqəsində qonaqların heyətindən Harry Kane buraxılan toplardan birinin əvəzini çıxıb. İlk hissənin əsas vaxtına əlavə edilmiş dəqiqədə ingilislərin qapısına daha bir 11 metrlik cərimə zərbəsi təyin edilib. G.Higuain vurduğu topa qapı tini mane olub. Komandalar fasiləyə bu hesabla yollanıblar.

İkinci hissə də maraqlı və gərgin idman mübarizəsi şəraitində keçib. Qarşılaşmanın 72-ci dəqiqəsində Kristian Eriksen hesabı bərabərləşdirib -2:2.

Matç bu hesablada başa çatıb.

Günün digər qarşılaşmasında isə daha bir ingilis klubu “Mançester Siti” səfərdə İsveçrə “Bazel”nin qonağı olub. Matçın favoriti sayılan "Mançester Siti" hesabı 14-cü dəqiqədə açıb. Qonaqların heyətindən İlkay Guendogan fərqlənib. Bu qoldan dörd dəqiqə sonra meydan sahibləri oyuna yenidən mərkəzdən başlamağa məcbur olublar. Bernardo Silva hesab arasındakı fərqi iki topa çatdırıb -0:2. Matçın 23-cü dəqiqəsində Sergio Aguero üçüncü qolu “Bazel”in qapısından keçirib. İlk hissə bu hesablada başa çatıb.

Fasilədən sonra hesab arasındakı fərq bir qədərdə artıb. Matçın 53-cü dəqiqəsində İ.Guendogan özünün ikinci komandasının dördüncü qolunu vurub.

Beləliklə qarşılaşma " Mançester Siti"nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər 831 dəfə oxundu.