Azərbaycan çempionu iranlı futzalçı ilə anlaşıb
Futzal üzrə Yüksək Liqanın lideri “Araz” mövsümlərarası fasilədə heyətinə bir oyunçu cəlb edib.

İkinci dövrədən sonra Maykon da Silva, Karvalho dos Santos və Qabriel Bastosla yollarını ayıran ölkə çempionu boşluğu doldurmaq üçün bir futzalçı ilə anlaşıb. Söhbət mövsümə “Yasamal”da start verən Reza Toloueidən gedir. İranlı Reza Tolouei “Yasamal”ın heyətində 3 qol vurub. O, yeni komandasında da 10 nömrəli forma altında çıxış edəcək.

Xəbər 544 dəfə oxundu.