“Neftçi İdman Klubu”nun atıcıları paytaxt birinciliyində beş medal qazanıblar
Gənclər arasında güllə atıcılığı üzrə Bakı birinciliyi keçirilib.

Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda “Neftçi İdman Klubu”nun yetirmələri də bacarıqlarını nümayiş etdiriblər.

Pnevmatik tapançadan atəşaçma yarışlarında (PTÇ-3) klubun yetirməsi İmran Qasımov 563 xal toplayaraq birinci olub. Vladislav Kalmıkov ikinci, Tamerlan Əliyev isə üçüncü yeri tutublar.

Xanım idmançıların mübarizəsində (PTÇ-2) Zeynəb Abbasova 523 xalla gümüş medala layiq görülüb. Fatimə Rzayeva (502 xal) isə paytaxt birinciliyini bürünc medalla başa vurub.

Xəbər 1521 dəfə oxundu.