U-18 basketbolçularımız beynəlxalq turnirin qalibi olublar
Azərbaycanın 18 yaşadək basketbolçulardan ibarət milli komandası İranın Sərab şəhərində keçirilən ənənəvi beynəlxalq turnirin qalibi olub.

Azərbaycan Basketbol Federasiyası xəbər verir ki, turnirdə U-18 millimizlə yanaşı, İranın və İraqın bir sıra şəhərlərinin komandaları da iştirak ediblər.

Samit Nuruzadənin yetirmələri ilk qarşılaşmada Süleymaniyyə şəhərinin basketbolçularına 60:69 hesabı ilə məğlub olublar. Bu görüşdən sonra dönüş yaradan komandamız turnirin favoriti olan İran millisini üstələyib (75:71). Ev sahibləri ilə keçirilən sonuncu görüş isə gərgin idman mübarizəsi şəraitində keçib. Bu oyunda da komandamız yüksək oyun nümayiş etdirərək rəqibinə heç bir şans verməyib - 90:72.

Xəbər 1230 dəfə oxundu.