Azərbaycan cüdoçusu Fransada keçirilən
Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük dəbilqə" yarışı keçirilib.

Beynəlxalq turnirdə 71 ölkədən 399 cüdoçu mübarizə aparıb.

Azərbaycanın cüdo üzrə milli komandası mötəbər çempionatda bir bürünc medal qazanıb. 78 kiloqramdan yuxarı çəki dərəcəsində yarışan qadın cüdoçumuz İrina Kindzerska Paris turnirində üçüncü yeri tutub. ABŞ, Belarus və Fransa idmançılarına qalib gələn Azərbaycan cüdoçusu yalnız Yaponiya təmsilçisinə məğlub olaraq ölkəmizə bürünc medal qazandırıb.

Xəbər 1230 dəfə oxundu.