Badminton üzrə kişilərdən ibarət komandamız Avropa çempionatında iştirak edəcək
Fevralın 13-18-də Rusiyanın Kazan şəhərində keçiriləcək badminton üzrə Avropa çempionatında iştirak edəcək kişilərdən ibarət milli komandamız qitə çempionatından əvvəl Bakıda son məşqinə çıxıb.

Üçüncü qrupda qərarlaşan komandamızın rəqibləri Lüksemburq, İslandiya və Almaniya milliləri olacaq. Ukraynalı məşqçi Yevgeni Poçtaryovun rəhbərliyi altında turnirdə millimizin heyətinə Kənan Rzayev, Orxan Qələndərov, Səbuhi Hüseynov, Cahid Əlhəsənov, Ezmi Qovimuramadhoni və Edi Rezki Dviçayo daxil ediliblər.

Çempionatın reqlamentinə əsasən, komandalar yeddi qrupda mübarizə aparacaqlar. Qrup qalibləri ilə yanaşı, ən yaxşı qrup ikincisi pley-off mərhələsinə vəsiqə qazanacaq. Komandamız ilk oyununu fevralın 13-də Lüksemburq yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.

AZƏRTAC

Xəbər 1288 dəfə oxundu.