Azərbaycanın Rusiyadakı səfirliyinin komandası mini futbol yarışında ikinci yeri tutub
Moskva ətrafında XVIII Qış Diplomatik İdman Oyunları keçirilib. Azərbaycanın Rusiyadakı səfirliyinin mini futbol üzrə komandası yarışda ikinci yeri tutub.

Rusiya Diplomatiya Gününə həsr olunmuş Qış Diplomatik İdman Oyunlarının açılış mərasimində xarici işlər naziri Sergey Lavrovun iştirakçılara məktubu oxunub. O, diplomatlara nailiyyətlər arzulayıb və bu cür tədbirlərin diplomatik korpusda qarşılılıqlı anlaşma üçün yaxşı vasitə olduğunu qeyd edib.

Oyunlarda 20 ölkənin, eləcə də Avropa İqtisadi Komissiyasının 20-dən çox komandası yarışıb. Diplomatlar güclərini biatlon, xokkey, xizəksürmə, stolüstü tennis, bilyard, mini futbol yarışlarında sınayıblar.

Azərbaycanın Rusiyadakı səfirliyinin komandası bütün mərhələləri uğurla keçərək finala çıxıb. Finalda isə Qazaxıstan komandasına məğlub olaraq ikinci yeri tutub. Üçüncü yerdə Cənubi Koreya səfirliyinin komandası qərarlaşıb.

AZƏRTAC

Xəbər 624 dəfə oxundu.