Moldova millisinin yarımmüdafiəçisi “Zirə”də
“Zirə” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Komandamız Moldova millisinin üzvü Aleksandr Dedovla anlaşıb.

İyirmi səkkiz yaşlı yarımmüdafiəçi ilə bir il yarımlıq müqavilə bağlanılıb. Dedov ölkəsinin “Milsami” klubundan transfer edilib.

Qeyd edək ki, 2012-ci ildən Moldova milli komandasında çıxış edən futbolçu yığmada keçirdiyi 39 oyunda 3 dəfə fərqlənib.

Xəbər 653 dəfə oxundu.