Naxçıvanlı idmançılar açıq çempionatda 8 medal qazanıblar
Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasının yetirmələri Bakı şəhərindəki Hövsan Olimpiya-İdman Kompleksində keçirilən pankration, qrapplinq və MMA üzrə Bakı şəhər açıq çempionatında 8 medal qazanıblar.

14-15 yaşlı idmançılar arasında Şərq Döyüş Sənəti Federasiyasının yetirməsi Fərid Məhərrəmov həm pankration, həm də qrapplinq növlərində bütün rəqiblərini məğlub edərək 2 qızıl medal əldə edib. Pankration növündə 12-13 yaşlı idmançıların yarışında mübarizə aparan Mirməhəmməd Seyidov da muxtar respublikaya qızıl medalla qayıdıb. Bu növdə Oğuz Məmmədli (8-9 yaş) bürünc medal qazanıb.

MMA və qrapplinq idman növlərində isə idmançılarımız 4 medal əldə ediblər. Belə ki, Rəzzaq Əliyev, Fərid Əliyev, Orxan Həsənov və Ayxan Həsənov çempionatın üçüncüsü olublar.

Sonda yarışın qaliblərinə müvafiq dərəcəli diplomlar verilib, xatirə hədiyyələri təqdim olunub.

Xəbər 1016 dəfə oxundu.