Hakim həyatına son qoydu
Futbol aləmində növbəti özünəqəsd baş verib. İdman.com.az saytının məlumatına görə, Makedoniyanın perspektivli hakimi Petr Velyanovski özünü yaşadığı binanın 8-ci mərtəbəsindən atıb və aldığı xəsarətlərdən həlak olub.

29 yaşlı Vleyanovski yeni mövsümdən A qrup hakimi olmalı idi. Lakin son zamanlar onun Makedoniya Futbol Federasiyasının rəhbərliyi ilə fikir ayrılığı yaranmışdı. Hələlik onun ölümünün futbol mafiyası ilə bağlı olması barədə heç bir məlumat yoxdur. Son zamanlar belə hallarla bir çox ölkələrdə, xüsusən Balkanlarda və Şərqi Avropada mübarizə sərtləşib.

Bu ilin yanvarında da futbol aləmində bir özünəqəsd hadisəsi baş vermişdi. Uels futbolunun əfsanəsi və ölkə yığmasının baş məşqçisi Qari Spid bu cür həyatına son vermişdi. Martın əvvəlində isə Macarıstanın REAK klubunun baş direktoru Robert Kutasi özünə qəsd etmişdi.

Xəbər 927 dəfə oxundu.