“Təxti Kuboku”nda sərbəst güləşçilərimiz 4 bürünc medal qazanıblar
Təbrizdə böyüklər arasında sərbəst güləş üzrə ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçirilib.

23 ölkədən 190-a yaxın idmançının iştirak etdiyi turnirdə təmsilçilərimiz də mübarizə aparıblar.

Yığmamızın üzvləri turniri 4 bürünc medalla başa vurublar. Coşqun Əzimov (70 kq), Murad Süleymanov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Roman Bəkirov (97 kq) fəxri kürsüdə yer alıblar.

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib.

Xəbər 1068 dəfə oxundu.