“Kəpəz” klubu heyətinə daha iki əcnəbi futbolçu qatıb
“Kəpəz” klubu qış transfer dövründə heyətinə daha iki əcnəbi futbolçu qatıb.

“Sarı-göylər” Trinidad və Tobaqodan olan hücumçu Şadon Vinçester və ukraynalı müdafiəçi İqor Korotetskiy ilə müqavilə bağlayıblar. Hər iki oyunçu mövsümün sonunadək Gəncə klubunda çıxış edəcək.

İ.Korotetskiy azad agent kimi komandaya keçib, Vinçester isə Meksikanın “Murselaqos” klubundan icarəyə götürülüb.

Xəbər 784 dəfə oxundu.