“Zirə” klubu makedoniyalı futbolçu ilə müqavilə bağlayıb
“Zirə” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Bakı təmsilçisi makedoniyalı Yani Urdinovla anlaşıb. Onunla 6 aylıq müqavilə bağlanılıb.

İyirmi altı yaşlı müdafiəçi cari mövsümün sonunadək Çexiyanın “Bohemians” klubundan icarəyə götürülüb. Tərəflər arasında anlaşmaya əsasən, mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququ “Zirə”yə məxsusdur.

Xəbər 556 dəfə oxundu.