Yeniyetmə həndbolçularımız Krasnodarda beynəlxalq turnirə qatılıblar
Azərbaycanın 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət həndbol yığması Rusiyanın Krasnodar şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edib.

Azərbaycan Həndbol Federasiyasından bildiriblər ki, əvvəlcə fevralın 7-də meydan sahibləri (2002-2003-cü il təvəllüdlü qızlar) ilə üz-üzə gələn təmsilçilərimiz gərgin keçən görüşdən 25:24 hesabı ilə məğlub ayrılıblar. Fevralın 8-də yeniyetmə qızlarımız krasnodarlı həmyaşıdları ilə yenidən qarşılaşıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən bu matçda tərəflərin cəhdlərinə baxmayaraq, qalib müəyyənləşməyib - 22:22.

Xatırladaq ki, turnirə fevralın 12-də yekun vurulacaq.

Xəbər 1693 dəfə oxundu.