2019-cu ildə Beynəlxalq Boks Forumunun Bakıda keçiriləcəyi ehtimalı var
2019-cu ildə Beynəlxalq Boks Forumunun Bakıda keçiriləcəyi ehtimalı var.

Bu barədə Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlyov bildirib.

Birinci Beynəlxalq Boks Forumu bu il fevralın 1-dən 4-dək Soçidə keçirilib. Tədbirin pik nöqtəsi Murat Qassiyevlə kubalı Yunier Dortikos arasında Beynəlxalq Boks Superseriyasının (WBSS) yarımfinal qarşılaşması olub. Rusiyalı idmançı bu döyüşdə qalib gələrək IBF və WBA versiyası üzrə birinci ağır çəki dərəcəsində çempion adını qazanıb.

U.Kremlyov daha sonra deyib: “Çin və Azərbaycandan təkliflər almışıq. Bu forumu hamı bəyənib, o, hər il keçiriləcək. Çox xoşdur ki, bu, Rusiyanın təşəbbüsü olduğundan, forumun bütün hüquqları bizə məxsusdur. Fikrimcə, iyulun 22-də - Boks günü biz forumun bayrağını növbəti forumun keçiriləcəyi təntənəli şəkildə ölkəyə təqdim edəcəyik. Ehtimal var ki, Bakı forumu da fevralın əvvəlində təşkil olunacaq. Lakin Çin də yaxşı şərtlər təqdim edir. Biz hələ ki, Bakını gözdən keçirəcəyik. Bu şəhər çoxunu qane edir. Mən bütün beynəlxalq federasiyaların prezidentləri ilə, həmçinin forumun siması Gennadi Qolovkinlə məsləhətləşmişəm”.

Xəbər 1031 dəfə oxundu.