Azər Mirzəyev 26-cı “Fajr Sabalan Cup” turnirinin liderlərini “təqib edir”
İranın Mazandaran əyalətində 26-cı “Fajr Sabalan Cup” beynəlxalq turniri davam edir.

Turnirdə 14 ölkədən 81 şahmatçı, o cümlədən 20 qrossmeyster iştirak edir. “A” qrupunda altı turdan sonra 5 xal toplamış Ukraynanın reytinq-favoriti Yuri Kuzubov, İran şahmatçıları Parham Maqsudlu, Əmirrza Purramenazali, Amin Tabatabaey liderlik edirlər. Azərbaycan qrossmeysteri Azər Mirzəyev, iranlı Seyid Xəlil Musəvi və rusiyalı Pavel Ponkratov onlardan yarım xal, 17 şahmatçı isə bir xal geri qalır.

Azər Mirzəyev turnirdə 4 dəfə qələbə qazanıb, 1 oyunu heç-heçə, 1-ni məğlubiyyətlə başa vurub. Yeddinci turun püşkatmasına görə, Azərbaycan şahmatçısı Pavel Ponkratovla qarşılaşacaq.

İsveçrə sistemi üzrə keçirilən “Fajr Sabalan Cup” şahmat turniri 11 turdan ibarətdir.

Xəbər 1700 dəfə oxundu.