"Pyönqçanq-2018": Olimpiya stadionu və digər arenalar
Koreya Respublikasının Pyönqçanq şəhərində 23-cü Qış Olimpiya Oyunlarının əsas arenası Olimpiya stadionudur. Dəniz səviyyəsindən 740 metr hündürlükdə inşa olunmuş arena 78 milyon dollara başa gəlib. Lakin bu stadion müvəqqətidir. Olimpiada və paralimpiada yarışlarından sonra söküləcək. Arenada yalnız açılış və bağlanış mərasimləri təşkil ediləcək.

Yarışların keçiriləcəyi arenalar bir-birinə çox yaxın məsafədə yerləşir. Şəhərin səsvermədə qələbəsini təmin edən əsas amillərdən biri də məhz bu olub. İki rayonda 4 məkanda yerləşən 13 arenadan 6-sı yeni inşa olunub. Əsas mərkəz Alpenziya kurort şəhərciyi olacaq. Ümumiyyətlə, Olimpiya kəndindən istənilən yarış arenasına ən uzaq məsafə 30 dəqiqə təşkil edir. Turistlər üçün də rahatlıq yaradılıb: Pyönqçanq paytaxt Seuldan 3,5 saatlıq, digər mühüm beynəlxalq hava limanının yerləşdiyi İnçeondan 2 saatlıq məsafədə yerləşir.

Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları fevralın 9-dan 25-nə qədər Koreya Respublikasının Pyönqçanq şəhərində keçiriləcək.

Xəbər 466 dəfə oxundu.