Yeniyetmə həndbolçularımız Rusiyada keçirilən turnirdə iştirak edirlər
Rusiyanın Krasnodar şəhərində həndbol üzrə beynəlxalq turnirə start verilib.

Azərbaycan Həndbol Federasiyasından bildiriblər ki, gələn il Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalına hazırlıq məqsədilə 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət yığma komandamız turnirdə iştirak edir.

Turnirə fevralın 12-də yekun vurulacaq.

Xəbər 1260 dəfə oxundu.