“Milan”nın əfsanəsi Klarens Seedorf “Deportivo”ya baş məşqçi təyin olunub
“Milan” futbol klubunun və Hollandiya millisinin əfsanəsi Klarens Seedorf İspaniyanın “Deportivo” klubunun baş məşqçisi təyin olunub.

Çempionlar Liqasının dörd dəfə qalibi olmuş C.Seedorf “Deportivo”nu 2017/2018-ci il mövsümünün sonunadək idarə edəcək. Müqavilənin detalları açıqlanmayıb.

Xatırladaq ki, daha əvvəl Seedorf “Milan”a və “Şenjen" komandasına başcılıq etsə də, nailiyyət qazana bilməyib.

Qeyd edək ki, qırx bir yaşlı hollandiyalı 2014-cü ildə futbol karyerasını başa vurub.

Xəbər 522 dəfə oxundu.