“Atletiko” 42 il ərzində İspaniya çempionatının ardıcıl 22 oyununda penalti vurmayan ilk klubdur
“Atletiko” futbol klubu İspaniya çempionatının hazırkı mövsümündə keçirilmiş 22 turunda bir penalti də vura bilməyib. Bundan əlavə, hakimlər bu oyunlarda madridlilərin rəqib komandasından bir oyunçunu da meydandan kənarlaşdırmayıblar.

Bu hal İspaniya çempionatında ilk dəfə olaraq, 1975/1976-cı il mövsümündə baş verib. O vaxt “Betis” komandası ilk 22 turda bir dənə də 11 metrlik zərbə vurmayıb.

Xatırladaq ki, La Liqa oyunlarının bu mövsümündə “Atletiko”nun qapısına 3 dəfə penalti təyin olunub.

Xəbər 668 dəfə oxundu.