Azərbaycan idmançısı Avropa çempionu oldu
Antalyada ağırlıqqaldıranlar arasında Avropa çempionatı start götürüb. İdman.com.az saytının məlumatına görə, yarışın ilk günü təmsilçilərimiz üçün uğurlu olun. Qadınların mübarizəsində Silviya Angelova (48 kq) 2 hərəkətdə 175 kq (78 kq + 97 kq ) qaldıraraq, bürünc medal qazanıb.

Az öncə rəqabətə daha bir atletimiz – Valentin Xristov (56 kq) qoşulub. O, iki hərəkətin cəmində 280 kq (125 kq + 155 kq) nəticə ilə qitə çempionu adını qazanıb.

Qeyd edək ki, xanım ağırlıqqaldıranlarımız yaxşı çıxış edəcəkləri halda, London olimpiadasına 1 vəsiqə qazanacaqlar.

Xəbər 1278 dəfə oxundu.