Sərbəst güləşçilərimiz “Təxti Kuboku” beynəlxalq turnirində mübarizə aparacaqlar
Fevralın 8-dən 9-dək Təbrizdə sərbəst güləş üzrə böyüklər arasında ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından verilən xəbərə görə, 23 ölkədən 190-a yaxın idmançının iştirak edəcəyi turnirdə təmsilçilərimiz də mübarizə aparacaqlar.

Məşqçilər Arif Abdullayev və Nazim Əlicanovun rəhbərliyi altında qonşu ölkəyə 10 idmançımız yollanıb.

Heyətdə Pərviz İbrahimov, Elçin Vəliyev (hər ikisi 61 kq), Pənah İlyaslı, Coşqun Əzimov (hər ikisi 70 kq), Murad Süleymanov (79 kq), Hacımurad Məhəmmədsəidov, İbrahim Yusubov (hər ikisi 86 kq), Cavid Sadıqov (92 kq), Roman Bəkirov (97 kq) və Umar İsrailov (125 kq) yer alıblar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edəcək.

Xəbər 1102 dəfə oxundu.