Futzal üzrə Avropa çempionatında ilk yarımfinalçılar məlum olub
Sloveniyanın Lyublyana şəhərində keçirilən futzal üzrə Avropa çempionatında ilk yarımfinalçılar məlum olub.

1/4 finalın ilk oyununda Serbiya ilə Qazaxıstan qarşılaşıb. Qazaxıstan komandası rəqibindən üstün olub - 3:1.

Rusiya millisi isə meydan sahibləri Sloveniya yığmasına 2:0 hesabı ilə qalib gəlib.

Qitə birinciliyindəki son yarımfinalçılar bu gün müəyyənləşəcək. Azərbaycan millisi Portuqaliya ilə, Ukrayna isə İspaniya ilə qarşılaşacaq.

Xəbər 564 dəfə oxundu.