“Sumqayıt” Antalyada təlim-məşq toplanışını başa vuraraq Vətənə dönüb
“Sumqayıt” futbol klubu Antalyada təlim-məşq toplanışını başa vuraraq Vətənə dönüb.

Samir Abasovun yetirmələri bir günlük istirahətin ardından “Kapital Bank Arena”da Premyer Liqanın 15-ci turu çərçivəsində keçiriləcək “Zirə” ilə oyunun hazırlığına başlayacaqlar.

Qeyd edək ki, “Sumqayıt” Antalyada 4 yoxlama matçı keçirib. Komandamız ilk oyununda Rumıniyanın ”Konkordiya" klubu ilə qarşılaşıb - 0:1. İkinci qarşılaşmada Samir Abasovun yetirmələri Makedoniya təmsilçisi “Akademiya Pandev” ilə sülh bağlayıblar - 1:1. Növbəti yoxlama oyununu Rusiyanın “Anji” klubuna qarşı keçirən “Sumqayıt” meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib. Komandamız son matçını Serbiya “Mladost”una qarşı keçirib - 0:4.

Xəbər 556 dəfə oxundu.