“Qəbələ” klubu Türkiyə toplanışını başa vurub
2017-2018-ci il mövsümünün ikinci yarısına hazırlaşan “Qəbələ” futbol klubu Türkiyə toplanışını başa vurub.

“Qırmızı-qaralar” Antalya hazırlığının ikinci mərhələsinin 15-ci gününü bir məşqlə yekunlaşdırıb. Günün ilk yarısına təsadüf edən hazırlıq prosesi fiziki çalışmalardan ibarət olub. Fitnes zalında çalışan futbolçular qruplar şəklində müxtəlif təmrinləri icra ediblər. Bu məşqlə toplanışı yekunlaşdıran “Qəbələ” günün ikinci yarısında Vətənə dönüb.

Xatırladaq ki, “qırmızı-qaralar” yanvarın 5-dən 17-dək və 21-dən fevralın 4-dək davam edən iki mərhələdən ibarət hazırlıq prosesində 6 yoxlama oyunu keçirib. Komandamız Antalya toplanışında Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin “Sürix” (0:1), Makedoniyanın “Rabotniçki” (2:1), Rusiyanın “Arsenal” (3:3), Çexiyanın “Bohemians” (1:3) və Makedoniyanın “Şkendiya” (0:2) klubları ilə üz-üzə gəlib.

Xəbər 600 dəfə oxundu.