"Nur" həndbolçuları "Gənclər Birliyi" kollektivini böyük hesabla məğlub ediblər
Qadın həndbolçuların Azərbaycan çempionatında mübarizə davam edir.

Azərbaycan Həndbol Federasiyasından bildiriblər ki, fevralın 4-də ölkə birinciliyində bir oyun keçirilib. "Gənclər Birliyi" kollektivinin qonağı olan "Nur" komandası pərəstişkarlarını növbəti qələbə ilə sevindirib. Mingəçevir həndbolçularının üstünlüyü ilə keçən qarşılaşma 44:20 hesabı ilə başa çatıb.

Xəbər 1255 dəfə oxundu.