“El klassiko” sənbə gününə keçirilib
Dünyanın ən məşhur klublarından olan “Barselona” və “Real” arasında İspaniya çempionatının oyununun vaxtı dəyişdirilib. İdman.com.az saytının məlumatına görə, “El klassiko” kimi tanınan qarşılaşma aprelin 22-də deyil, 1- gün əvvəl keçiriləcək. Barselonanın “Nou Kamp” stadionunda baş tutacaq görüş bazar günündən şənbəyə keçirilib. Bu matç Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Xəbər 1131 dəfə oxundu.