Qadın həndbolçulardan ibarət “Azəryol” komandası İsveçin "Kristianstad” kollektivi ilə ilk oyununa çıxıb
Azərbaycanın qadın həndbolçulardan ibarət “Azəryol” komandası "Çağırış Kuboku” uğrunda keçirilən yarışların dörddəbir final mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

İsveçin “Kristianstad” kollektivi ilə qarşılaşan həndbolçularımız meydanı 30:23 hesablı məğlubiyyətlə tərk ediblər.

Xatırladaq ki, matçı ukraynalı hakimlər Marina Dupli və Olena Kaverina idarə ediblər. Avropa Həndbol Federasiyasını (EHF) təmsilçisi isə türkiyəli Kənan Gökmən olub.

Komandalar arasında dörddəbir final mərhələsi uğrunda növbəti oyun fevralın 3-də əvvəlcədən razılaşdırıldığı kimi Bakıda keçiriləcək.

Qeyd edək ki, qonaqlar Bakıda keçirilən ilk qarşılaşmada nominal ev sahibi kimi çıxış ediblər.

Xəbər 1365 dəfə oxundu.