Ali təhsil müəssisələrinin tələbələri arasında boulinq yarışı keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən paytaxtda yerləşən ali təhsil müəssisələrinin tələbələri arasında Gənclər Gününə həsr olunmuş boulinq üzrə yarış keçirilib.

Yarışda 10 komanda iştirak edib.

Yarışda Azərbaycan Kooperasiya Universitetinin komandası birinci olub. Bakı Avrasiya Universiteti ikinci, Azərbaycan Texniki Universitetinin tələbələri isə üçüncü pillədə qərarlaşıblar.

Mükafatçılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim olunub.

Xəbər 1667 dəfə oxundu.