“Keşlə”-“Yenisey” oyununda qalib müəyyənləşməyib
Bakının “Keşlə” futbol klubu Antalya toplanışı çərçivəsində sonuncu yoxlama matçını keçirib.

Rusiyanın birinci divizion təmsilçisi “Yenisey” ilə keçirilən oyunda qalib müəyyənləşməyib - 1:1.

“Keşlə” Slavik Alxasovun vurduğu qol ilə hesabda önə çıxsa da, rəqib komanda ikinci hissədə məğlubiyyətdən qaçmağı bacarıb.

“Keşlə” toplanış çərçivəsində 4 yoxlama matçı keçirib. İlk yoxlama matçında Makedoniyanın “Rabotniçki” klubuna 1:0 hesabı ilə qalib gələn komandamız Ukraynanın “Karpatı” klubu ilə qarşılaşmada 2:1 hesabı ilə məğlub olub.

Komandamız fevralın 2-də Vətənə qayıdacaq.

Xəbər 555 dəfə oxundu.