“Sumqayıt” komandası Rusiyanın “Anji” klubu ilə qarşılaşıb
“Sumqayıt” futbol klubu təlim-məşq toplanışı çərçivəsində Antalyada növbəti yoxlama oyununu keçirib.

Komandamız Rusiya təmsilçisi “Anji” ilə qarşılaşıb.

“Sumqayıt” meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.

Qeyd edək ki, “Sumqayıt” Antalyada sonuncu yoxlama görüşünü fevralın 3-də Serbiya “Mladost”una qarşı keçirəcək.

Xəbər 990 dəfə oxundu.