Lukas Maura “PSJ”dən “Tottenhem” klubuna keçib
İngiltərənin “Tottenhem” klubu “PSJ”nin braziliyalı yarımmüdafiəçisi Lukas Mauranı transfer etdiyini açıqlayıb.

“Tottenhem” futbolçu ilə beş illik müqavilə imzalayıb.

Müqavilənin şərtləri açıqlanmasa da, London təmsilçiləri braziliyalıya görə 28,5 milyon avro ödəyiblər.

Braziliyalı futbolçu 2013-ci ildən “PSJ” klubunun şərəfini qoruyur. Parislilərin heyətində 229 rəsmi oyuna çıxan L.Maura 46 dəfə fərqlənib.

Braziliyalı yeni komandasında 27 nömrəli formada meydana çıxacaq.

AZƏRTAC

Xəbər 1033 dəfə oxundu.