Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü
Yanvarın 31-də gənclər və idman naziri Azad Rəhimov Şirvan şəhər Gənclər Mərkəzində Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.

Ümumilikdə 20-dən artıq vətəndaşın iştirak etdiyi qəbulda, müxtəlif sahələri əhatə edən müraciətlər öz əksini tapıb.

Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, müxtəlif layihələrin maliyyələşdirilməsi və onlara dəstək göstərilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsini əhatə edən müraciətlər sırasında olub.

İdman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s mövzular vətəndaşlar tərəfindən bu sahədə edilən müraciətlər sırasında öz əksini tapıb.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.


Xəbər 2538 dəfə oxundu.