Yeniyetmə və gənc karateçilərimiz Avropa çempionatında iştirak edəcəklər
Karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandalarımız fevralın 2-4-də Rusiyanın Soçi şəhərində Avropa çempionatında iştirak edəcəklər.

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə baş katib Mirhəsən Seyidov, milli komandanın məşqçiləri Vahid Ayvazov (kata), Şahin Xudaverdiyev, Anar Allahverdiyev, Denis Morozov, beynəlxalq dərəcəli hakim Cahangir Babayev və mətbuat katibi Sənan Məhərrəmov da yer alıblar.

Məşqçilər heyəti yarışda 27 idmançının çıxış etməsinə üstünlük verib. Heyətdə Fərid Ağayev (52 kq), Əminağa Əliyev (57 kq), Tale Yaqubov (63 kq), Polina Hurenko (47 kq), Fidan Dadaşova (47 kq) və Ayla Rzazadə (54 kq-dan yuxarı), Həsənəli Həsənov (kata) və Suzanna Aslanova (kata) yer alıblar.

Gənclərin yarışında Müseib Məmmədov (55 kq), Hümmət Baxşəliyev (61 kq), Məhəmməd Məmmədov (68 kq), Fərid Şahbazlı (76 kq), Musa Sarızadə (76 kq-dan yuxarı), Mədinə Sadıxova (48 kq), Renata Ərəbli (53 kq), Səma İmanzadə (59 kq), Bəsti İsmayılova (59 kq-dan yuxarı) və Ceyhun İsmayılov (kata), 18-20 yaşlı gənclər arasında isə Ülvi Qurbanov (60 kq), Hüseyn Əliyev (67 kq), Ruslan Əhmədov (75 kq), Murad Balakişiyev (84 kq), Murad Hacızadə (84 kq-dan yuxarı), Asiya Məlikova (50 kq), Aytac Əliyeva (55 kq), Fəridə Əliyeva (67 kq-dan yuxarı) və Roman Heydərov (kata) mübarizə aparacaqlar.

Soçidə 14-18 yaşlı yeniyetmə və gənclər arasında 45-ci, 18-21 yaşlı gənclə arasında isə 10-cu qitə çempionatında 44 ölkədən 956 idmançı iştirak edəcək.

Xəbər 1113 dəfə oxundu.