«Atasport» elitada qaldı
Qitənin qadın otüstü hokkeyçilərdən ibarət 12 ən güclü klubu İspaniyanın San - Sebastyan və Beçikanın Brüssel şəhərlərində Avropa Çempionlar Kuboku uğrunda turnirin ilkin mərhələsində mübarizə aparıblar. İdman.com.az saytının məlumatına görə, son zamanlar qitənin 4 ən güclüsü sırasında görməyə adət etdiyimiz “Atasport” bu dəfə ancaq elit divizionda qalması ilə təsəlli verdi.

İspaniyada «A» qrupunda yarışan Bakı təmsılçisi ilk turda Avropanın ən güclü komandası olan «Hertogenboş»a 0:5 hesabı ilə məğlub olub. 2-ci görüşdə İspaniyanın «Futbol SAD» klubuna 0:2 hesabıyla yenilən komandamız bununla da qrup autsayderi kimi ancaq elitada qalmaq uğrunda mübarizə aparmaq hüququ əldə edib.

Dünən “B” qrupunun autsayderi olan İngiltərə «Leyçester»lə görüşən “Atasport” 5:1 hesablı inamlı qələbə qazanıb və gələn il yenidən ən güclülərin qrupunda mükafatlar uğrunda mübarizə aparmaq şansını qoruyub.

Xəbər 1876 dəfə oxundu.