On cüdoçumuz beynəlxalq reytinq cədvəlində ilk iyirmilikdə yer alıb
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Siyahını millimizin aparıcı idmançıları üçün uğurlu hesab etmək olar.

Yığmamızın əsas cüdoçularının hamısı mövqeyini qoruyub. Onlardan 10-u ilk 20-likdə yer alıb. Belə ki, Orxan Səfərov (60 kq) yenə 7-ci, Nicat Şıxəlizadə (66 kq) 14-cü, Rüstəm Orucov 3-cü, Hidayət Heydərov (hər ikisi 73 kq) 4-cü, Məmmədəli Mehdiyev (90 kq) 11-ci, Tural Səfquliyev (90 kq) 17-ci, Elxan Məmmədov 4-cü, Elmar Qasımov (hər ikisi 100 kq) 6-cı, Uşanqi Kokauri (100 kq-dan yuxarı) 18-ci, qadınlar arasında isə İrina Kindzerska (78 kq-dan yuxarı) 7-ci pillədə qərarlaşıb.

Xəbər 1077 dəfə oxundu.