Binəqədi rayonunda futbol birinciliyi keçirildi
Yanvarın 27-də Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbində rayon idarə və təşkilatlarında çalışan gənclər arasında 2 Fevral - “Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Futbol” birinciliyi keçirilib.

Yarışda birinci yeri Binəqədi qəsəbə bələdiyyəsinin komandası, ikinci yeri Biləcəri bələdiyyəsinin komandası, üçüncü yeri YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin komandası tutulub.

Mükafatlandırma mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Rüfət Əhmədov və Rafiq Nəsirov çıxış edərək gəncləri təbrik etdilər. Qaliblər İdarə tərəfindən diplom və kubokla təltif olunublar.



Xəbər 1099 dəfə oxundu.