“Xəzər” klubu növbəti transferini reallaşdırıb
Birinci Divizion təmsilçisi “Xəzər” futbol klubu mövsümün ikinci yarısına hazırlıq çərçivəsində növbəti transferini reallaşdırıb.

Əldə olunmuş razılığa əsasən, mövsümün ilk yarısını Şimali Kiprin “Yeniboğaziçi” komandasında keçirən Nodar Məmmədovla mövsümün sonunadək müqavilə imzalanıb.

“Şahdağ” futbol klubunun yetirməsi olan 30 yaşlı müdafiəçi müxtəlif illərdə “Qarabağ”, MOİK, “Qəbələ”, “Rəvan”, “Sumqayıt” və “Xəzər-Lənkəran” klublarında da oynayıb.

Xəbər 1120 dəfə oxundu.