Azərbaycanın U-19 millisi “Antalyaspor” komandası ilə qarşılaşıb
Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

“Antalyaspor”un müvafiq yaş qrupuna aid yığması ilə qarşılaşan futbolçularımız 0:1 hesabı ilə məğlub olublar.

Qeyd edək ki, millimiz bu oyunadək Kosovonun U-19 komandası ilə keçirdiyi hər iki görüşdə 0:1 hesabı ilə məğlub olub.

Xəbər 1421 dəfə oxundu.