Kişi boksçular arasında Azərbaycan çempionatının finalçıları müəyyənləşib
Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir.

39 komandanın iştirak etdiyi yarışın beşinci günündə - yanvarın 30-da yarımfinal görüşləri keçirilib. On çəki dərəcəsində 20 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adları müəyyənləşib.

Finalda Hacıbala Fərzəliyev (49 kq) Araz İmaməliyevlə, Məsud Yusifzadə (52 kq) Ramazan Abdullayevlə, Tayfur Əliyev (56 kq) Ümid Rüstəmovla, Sayad Lalayev (60 kq) Cavid Çələbiyevlə, Fərid Ağamoğlanov (64 kq) Elvin İsayevlə, Nicat Məmmədov (69 kq) Elnur Süleymanovla, İsmayıl Hüseynov (75 kq) Hidayət Musayevlə, Eldar Quliyev (81 kq) Rauf Rəhimovla, Qulaməli Aslanov (91 kq) Rahil Məmmədli ilə, Ağalar Sadıqzadə (91 kq-dan yuxarı) isə Məhəmməd Abdullayevlə üz-üzə gələcək.

Çempionata sabah yekun vurulacaq.

Xəbər 1171 dəfə oxundu.