“Qarabağ” klubu Antalyada növbəti yoxlama oyununu keçirib
Ağdamın “Qarabağ” futbol klubu Antalyadakı qış təlim-məşq toplanışı çərçivəsində beşinci yoxlama oyununu keçirib.

Komandamız Bosniya və Herseqovinanın “Sarayevo” komandası ilə qarşılaşıb.

“Qarabağ” görüşdən 0:2 hesablı məğlubiyyətlə ayrılıb.

Qeyd edək ki, “Qarabağ” bundan əvvəl Antalya toplanışı çərçivəsində “Kuban”la 2:2, “Lexiya” ilə 1:1 və “Şkupi” ilə 0:0 hesablı heç-heçə edib, “Mariupol”a isə 2:3 hesabı ilə məğlub olub.

Xəbər 1014 dəfə oxundu.